Mühəndislik fakültəsi

Kafedralar

  • Kompüter və informasiya texnologiyaları mühəndisliyi

  • Mexanika mühəndisliyi

  • Memarlıq və inşaat mühəndisliyi

  • Sənayenin təşkili və idarə edilməsi

  • Kimya mühəndisliyi

İxtisaslar

  • Elektroenergetika mühəndisliyi

  • Sistem mühəndisliyi

  • Kompüter mühəndisliyi

  • İnformasiya texnologiyaları

  • Mexanika mühəndisliyi

  • Maşın mühəndisliyi

  • Proseslərin avtomatlaşdırılması mühəndisliyi

  • Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi

  • Memarlıq

  • İnşaat mühəndisliyi

  • Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi

  • Şəhərsalma

  • Sənayenin təşkili və idarə edilməsi

  • Ekologiya mühəndisliyi

  • Kimya mühəndisliyi

  • İdarəetmədə informasiya sistemləri

  • Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması

  • İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (sənaye üzrə)

  • Maşın və mexanizmlər nəzəriyyəsi

  • Əsas üzvi sintezin kimyası və texnologiyası

Hazırda fakültədə 25 ixtisas üzrə ümumilikdə 1464 nəfər tələbə təhsil alır. Fakültədə təhsil alan əcnəbi tələbələrin sayı isə 26 nəfərdir. 2018-2019-cu tədris ilində Mühəndislik fakültəsində bakalavr ixtisasları üzrə 9 tələbə Prezident təqaüdçüsüdür.

Tələbələrin uğurları

2017-2019-cu illər Bakı Mühəndislik Universiteti Mühəndislik fakültəsində təhsil alan tələbələrimizin Respublika və Beynəlxalq müsabiqələrində əldə etdikləri nailiyyətlər:

1) 6 may 2017-cı il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə «Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti gününə həsr olunmuş» 24 ali təhsil müəssisəsindən 52 komandanın iştirak etdiyi «Ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika olimpiadası»nda komanda müsabiqəsində BEU Programmers komandası (Rəşad Məmmədov, Mahmud Allahverdiyev, Müzəffər Məmmədli, komanda rəhbəri Etibar Seyidzadə,) I yerə layiq gürülüb.

2) 27-30 oktyabr 2017-cı il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində Avropa Universitetində “XI Vekua Kuboku Beynəlxalq Proqramlaşdırma müsabiqəsi”ndə Bakı Mühəndislik Universitetinin tələbələri: Rəşad Məmmədov və Mahmud Allahverdiyev II dərəcəli diploma, Asiman Ağayev, Məmməd Hacılı, Rəsul Kərimov, Tağı Əşrəfov Yüksək nailiyyət sertifikatına layiq görülüblər. Komanda müsabiqəsində: Baku EU 1 - (Rəşad Məmmədov, Mahmud Allahverdiyev, Tağı Əşrəfov, komanda rəhbərləri: Etibar Seyidzadə, Rauf Süleymanlı) və Baku EU 2 - (Məmməd Hacılı, Rəsul Kərimov, Asiman Ağayev, komanda rəhbərləri: Etibar Seyidzadə, Rauf Süleymanlı) komandaları Yüksək nailiyyət sertifikatına layiq görülüblər.

3) 4 noyabr 2017-ci il tarixində Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, NAPCAR, IEEE Computer Society Azərbaycan bölməsi, ACM Azərbaycan bölməsinin təşkilatı dəstəyi ilə keçirilmiş “42-ci ACM ICPC Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin 1/4 final mərhələsində (XIII Azərbaycan Çempionluğu) Baku Engineering University 1 (Rəşad Məmmədov, Mahmud Allahverdiyev, Rəsul Kərimov, komanda rəhbəri Etibar Seyidzadə) komandası I yerə, Baku Engineering University 3 (Ceyhun Yaqublu, Aydın Abbasov, Sultan Murtuzaliyev, komanda rəhbəri Etibar Seyidzadə) komandası III yerə, Baku Engineering University 2 (Məmməd Hacılı, Asiman Ağayev, Tağı Əşrəfov, komanda rəhbəri Etibar Seyidzadə) və Baku Engineering University 4 (Müzəffər Məmmədli, Kamil Əliyev, Fazil Əmirli, komanda rəhbəri Etibar Seyidzadə) komandaları Yüksək nailiyyət sertifikatına, Baku Engineering University 5 (Fərid Vəliyev, Tural Sadiqov, Araz Heydərov, komanda rəhbəri Etibar Seyidzadə) komandası fərqlənmə sertifikatina layiq görülüblər.

4) 1-6 dekabr 2017-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində Avropa Universitetində keçirilmiş “42-ci ACM ICPC 2017-2018 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsi və “Cənubi Qafqaz Açıq Çempionatı”nda komanda müsabiqəsində Baku Engineering University 1 (Rəşad Məmmədov, Mahmud Allahverdiyev, Rəsul Kərimov, komanda rəhbəri Etibar Seyidzadə) komandası ACM ICPC 2017-2018 Azərbaycan Çempionu sertifikatına, ACM ICPC 2017-2018 NEERC III dərəcəli sertifikata, Cənubi Qafqaz Açıq Çempionatının I dərəcəli diplomuna, Baku Engineering University 2 (Məmməd Hacılı, Tağı Əşrəfov, Asiman Ağayev, komanda rəhbəri Etibar Seyidzadə) komandası ACM ICPC 2017-2018 NEERC Fərqlənmə sertifikatına layiq görülüblər. Fərdi müsabiqədə Mahmud Allahverdiyev, Rəşad Məmmədov, Məmməd Hacılı Cənubi Qafqaz Açıq Çempionatının III dərəcəli diplomuna, Rəsul Kərimov, Asiman Ağayev, Tagi Əşrəfov Cənubi Qafqaz Açıq Çempionatının Yüksək nailiyyət sertifikatına layiq görülüblər.

5) 9 dekabr 2017-ci il tarixində NetWork Training Center ofisində Azercell şirkətinin dəstəyi, NetWork Training Center-in və NAPCAR-ın təşkilatçılığı ilə keçirilmiş “CODE CUP 2017 Proqramlaşdırma üzrə Olimpiada”da Rəşad Məmmədov və Mahmud Allahverdiyev I dərəcəli diploma, Məmməd Hacılı, Tağı Əşrəfov II dərəcəli diploma, Ceyhun Yaqublu III dərəcəli diploma, Asiman Ağayev Yüksək nailiyyət sertifikatına, Elvin Ağaməmmədzadə Fərqlənmə sertifikatına layiq görülüblər.

6) 19-21 yanvar 2018-ci il tarixlərində online keçirilmiş "İSBAK Yazılım Maratonu '18" beynəlxalq proqramlaşdırma müsabiqəsinin yarımfinalında (415 komanda iştirak edib) Ejdaxas (Rəşad Məmmədov, Mahmud Allahverdiyev, Rəsul Kərimov) komandası müvəffəqiyyətlə iştirak edərək final mərhələsinə vəsiqə qazanıb, 3-4 mart 2018-ci il tarixlərində Türkiyənin İstanbul Texnik Universitetində keçirilmiş final mərhələsində iştirak edib.

7) 1-2 mart 2018-ci il tarixlərində “Hash Code 2018 by Google” Beynəlxalq Proqramlaşdırma müsabiqəsinin təsnifat mərhələsi Azərbaycan üzrə onlayn olaraq Baku Engineering University HUB, ADA University HUB, Hackademy HUB, d.a.h programing group HUB altında müxtəlif ali təhsil müəssisələrinin komandları və şirkətlərdə çalışan mütəxəssislərdən ibarət ümumilikdə 34 komanda iştirak edib. BEU Programmers (Rəşad Məmmədov, Mahmud Allahverdiyev, Rəsul Kərimov, Məmməd Hacılı) komandası müsabiqənin təsnifat mərhələsini Azərbaycan üzrə birinci olaraq tamamlayıb.

8) 22-30 mart tarixlərində Harbour Space University, Amrita School of Engineering, Codeforces, “Moscow Workshops ACM-ICPC”-nin birgə təşkilatçılığı ilə Hindistanın Amritapuri vilayətində Amrita School of Engineering bazasında “Hello India x Russia Programming Bootcamp​ ACM-ICPC 2018” beynəlxalq proqramlaşdırma təlimləri və müsabiqəsi keçirilib. Təlimlərdə və müsabiqələrdə 8 ölkənin (Hindistan, Azərbaycan, İordaniya, Litva, Oman, Rusiya, Sinqapur, Yaponiya) 28 ali təhsil müəssisəsi, 3 kollec və 3 şirkətdən 39 komanda iştirak edib. Təlimlər çərçivəsində keçirilmiş müsabiqələrdə BEU Programmers (Rəşad Məmmədov, Mahmud Allahverdiyev, Rəsul Kərimov, komanda rəhbəri Etibar Seyidzadə) komandası ən yaxşı nəticə (7 müsabiqədə - 2 ikinci, 5 birinci yer) göstərərək yekun nəticəyə görə “Hello India x Russia Programming Bootcamp​ ACM-ICPC 2018” beynəlxalq proqramlaşdırma müsabiqəsinin qalibi olub və QIZIL MEDALA layiq görülüb.

9) 05 may 2018-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmiş 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş “XII Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nda Respublikanın 25 ali təhsil müəssisəsindən 62 komanda iştirak edib. Bakı Mühəndislik Universitetinin “BEU Programmers” (Mahmud Allahverdiyev, Rəsul Kərimov, Məmməd Hacılı, komanda rəhbəri Etibar Seyidzadə) komandası I YERƏlayiq görülüb.

10) 25-28 may 2018-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində Suxumi Dövlət Universitetinin bazasında “XII Vekua Kuboku Beynəlxalq Proqramlaşdırma müsabiqəsi” keçirilib. Müsabiqə eyni zamanda Rusiya, Belarusiya və Ukraynanın bir-neçə şəhərində keçirilib, Rusiya, Ukrayna, Belarusiya, Azərbaycan, Gürcüstan, Ermənistandan olan məktəblilər, tələbələr və veteranlar (ACM ICPC müsabiqələrinin əvvəlki illərin iştirakçiları) iştirak edib.

    a) Fərdi müsabiqədə:

        Mahmud Allahverdiyev - III DƏRƏCƏLİ DİPLOMA

        Rəşad Məmmədov - III DƏRƏCƏLİ DİPLOMA

        Ülvi Aslanlı - YÜKSƏK NAİLİYYƏT SERTİFİKATINA

        Rəsul Kərimov - YÜKSƏK NAİLİYYƏT SERTİFİKATINA

        Məmməd Hacılı - YÜKSƏK NAİLİYYƏT SERTİFİKATINA

        Əyyub Nəcəfzadə - FƏRQLƏNMƏ SERTİFİKATINA

    b)Komanda müsabiqəsində:

        Baku EU 1 (Rəşad Məmmədov, Mahmud Allahverdiyev, Əyyub Nəcəfzadə, komanda rəhbərləri: Etibar Seyidzadə, Rauf Süleymanlı) komandası - II DƏRƏCƏLİ DİPLOMA

        Baku EU 2 (Məmməd Hacılı, Rəsul Kərimov, Ülvi Aslanlı, komanda rəhbərləri: Etibar Seyidzadə, Rauf Süleymanlı) komandası – III DƏRƏCƏLİ DİPLOMA layiq görülüblər

11) 26 sentyabr-4 oktyabr tarixlərində Moscow Workshops ICPC, Moscow Institute of Physics and Technology, ITMO University,  Harbour Space University, Codeforces birgə təşkilatçılığı ilə İspaniyanın Barselona şəhərində “Hello Barcelona in collaboration with Moscow Workshops ICPC 2018” beynəlxalq proqramlaşdırma təlimləri keçirilib. Təlimlər ACM-ICPC Beynəlxalq Proqramlaşdırma müsabiqələrinə hazırlıq məqsədi daşıyıb və Rusiyanın bu sahədə dünya şöhrətli mütəxəssisləri tərəfindən verilib. Təlimlərdə 18 ölkədən (Azərbaycan, Belarus, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, İslandiya, Yaponiya, Lebanon, Litva, Meksika, Oman, Portuqaliya, Rusiya, İspaniya, İsveç, ABŞ) 35 komanda iştirak edib. Bakı Mühəndislik Universitetinin BEU Programmers komandası (Rəşad Məmmədov, Ülvi Aslanlı, Əyyub Nəcəfzadə, komanda rəhbəri Etibar Seyidzadə) təlimlərdə iştirak edib.

12) 27 oktyabr 2018-ci il tarixində Bakı Mühəndislik Universitetində keçirilmiş “43-cü ACM ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”-nin 1/4 final mərhələsi (XIV Azərbaycan Çempionluğu). Müsabiqədə 17 ali təhsil müəssisəsindən 45 komanda iştirak edib.

    a) Baku Engineering University 1 (Rəşad Məmmədov, Ülvi Aslanlı, Əyyub Nəcəfzadə, komanda rəhbəri Etibar Seyidzadə) komandası - I DƏRƏCƏLİ DİPLOM, I YER

    b) Baku Engineering University 4 (Tağı Əşrəfov, Asiman Ağayev, Sultan Murtuzaliyev, komanda rəhbəri Etibar Seyidzadə) komandası - I DƏRƏCƏLİ DİPLOM, III YER

    c) Baku Engineering University 2 (Nicad Hüseynov, Cavid Əfəndiyev, Zəkəriyyə Zəkəriyyəli, komanda rəhbəri Etibar Seyidzadə) komandası - II DƏRƏCƏLİ DİPLOM

    d) Baku Engineering University 3 (Müzəffər Məmmədli, Adil Abdurrazaklı, Kamil Əliyev, komanda rəhbəri Etibar Seyidzadə) komandası - III DƏRƏCƏLİ DİPLOM-a layiq görülüblər.

13) 30 noyabr - 5 dekabr 2018-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçirilmiş “43-cü ACM ICPC - Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsi (komanda) və Cənubi Qafqaz Açıq Çempionatı (komanda və fərdi) müsabiqələrdə 11 ölkədən 300 komanda iştirak edib.

a) Baku Engineering University 1 (Rəşad Məmmədov, Ülvi Aslanlı, Əyyub Nəcəfzadə, komanda rəhbəri Etibar Seyidzadə) komandası -

ACM ICPC 2018-2019 AZƏRBAYCAN ÇEMPİONU SERTİFİKATINA,

ACM ICPC 2018-2019 NEERC III DƏRƏCƏLİ SERTİFİKATA,

Cənubi Qafqaz Açıq Çempionatının II DƏRƏCƏLİ DİPLOMUNA

b) Baku Engineering University 4 (Tağı Əşrəfov, Asiman Ağayev, Sultan Murtuzaliyev, komanda rəhbəri Etibar Seyidzadə) komandası -

ACM ICPC 2018-2019 NEERC FƏRQLƏNMƏ SERTİFİKATINA,

Cənubi Qafqaz Açıq Çempionatının YÜKSƏK NAİLİYYƏT SERTİFİKATINA layiq görülmüşlər.

c) “Cənubi Qafqaz Açıq Çempionatı”nın fərdi müsabiqəsində

Rəşad Məmmədov II DƏRƏCƏLİ DİPLOMA

Sultan Murtuzaliyev III DƏRƏCƏLİ DİPLOMA

Ülvi Aslanlı YÜKSƏK NAİLİYYƏT SERTİFİKATINA

Tağı Əşrəfov YÜKSƏK NAİLİYYƏT SERTİFİKATINA

Asiman Ağayev FƏRQLƏNMƏ SERTİFİKATINA

Əyyub Nəcəfzadə FƏRQLƏNMƏ SERTİFİKATINA layiq görülmüşlər.

14) 29 sentybar 2018-ci il tarixində AzərKosmosun “CanSat” layihəsinin final mərhələsində Mühəndislik fakültəsi tələbələrindən ibarət “Rodimus” komandası 3-cü yerin qalibi olmuşdur.

15) Azərbaycan Respublikası Nəqliyyat və Yüksək Texnalogiyalar Nazirliyi tərəfindən 26 oktyabr 2018 tarixində təşkil olunmuş "İdeyadan biznesə" startup turlarının respublika finalında Bakı Mühəndislik Universitetinin, Mühəndislik fakültəsi tələbələrindən ibarət komandasının GONEX layihəsi qalib olub.

16) “ProgElectro” komandasının təşkil etdiyi iki günlük “Makers’ DAYS” tədbiri. Tədbirdə məruzələr dinlənilib, “Əşyaların interneti” adlı panel və “Xətt izləyən” robot yarışı keçirilib. 4 komandanın qatıldığı yarışda Mühəndislik fakültəsi tələbələrindən ibarət komandanın hazırladığı robot qalib seçilib.