Magistratura təhsili

Bakı Mühəndislik Universitetinin magistratura pilləsinə qeydiyyat üçün tələb olunan sənədlər

·Hərbi qeydiyyat vəsiqəsi (ağ bilet) və ya hərbi biletin surəti (oğlanlar üçün)
·İllik təhsil haqqının hamısını ödədiyinə dair qəbz
·Cari ilin məzunları üçün məzun olduqlarına dair arayış, əvvəlki illərin məzunları üçün diplom və əlavəsi (notarial təsdiq)
·6 ədəd 3/4 şəkil
·Şəxsiyyət vəsiqəsinin əsli və 3 nüsxəsi
·DİM-in vermiş olduğu iş nömrəsi və istifadəçi adı

(Qeydiyyat müddəti 27.06.2019–10.07.2019)

  1. Məcburi köçkün statusu olan magistrantlar qeydiyyat üçün siyahıdakı sənədlərdən əlavə, bu sənədləri təqdim etməlidir:
    1. şəxsiyyət vəsiqəsinin əsli və surəti;
    2. özünün məcburi köçkün vəsiqəsinin əsli və surəti (1 ədəd; 2019-cu il qeydiyyat möhürü ilə notarial şəkildə təsdiq olunmuş);
    3. doğum haqqında şəhadətnamə və surəti.
  2. 2.      “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən şəxslərin təhsil alan övladları təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər.

Tələb olunan sənədlər:

  • Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasını, hərbi əməliyyatla əlaqədar itkin düşməsini və məhkəmə tərəfindən ölmüş elan edilməsini təsdiq edən sənəd və surəti (notariusda təsdiq edilmiş);
  • tələbənin doğum haqqında şəhadətnaməsi;
  • tələbənin şəxsiyyət vəsiqəsinin əsli və surəti (notariusda təsdiq edilmiş).

 

  1. 3.     Şəhid ailəsi statusunu almış ailənin üzvləri təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər.

Tələb olunan sənədlər:

  • valideyninin şəhid olmasını təsdiq edən sənəd və surəti (notariusda təsdiq edilmiş);
  • tələbənin doğum haqqında şəhadətnaməsi;
  • tələbənin şəxsiyyət vəsiqəsinin əsli və surəti (notariusda təsdiq edilmiş).

 

  1. 4.     “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş (hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər; hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlar; bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər) magistrantlar qeydiyyat üçün siyahıdakı sənədlərdən əlavə, bu sənədləri təqdim etməlidir:
  • valideynlərinin himayəsindən məhrum olmasını təsdiq edən sənəd və surəti (notariusda təsdiq edilmiş).
  • tələbənin doğum haqqında şəhadətnaməsi;
  • tələbənin şəxsiyyət vəsiqəsinin əsli və surəti (notariusda təsdiq edilmiş);

Dekanlar

Mühəndislik fakültəsi

Dosent Afər Əlifov


Pedaqoji fakültə

Ph.d. Elşad Abdullayev


İqtisadiyyat və idarəetmə fakultəsi

Dosent Mayıs Əzizov