Yaponiyada tədqiqatla məşğul olmaq, magistratura və ya doktorantura təhsili almaq istəyən şəxslərin nəzərinə!



Azərbaycan Dillər Universitetində Yaponya səfirliyi tərəfindən Yaponiya Dövlət Təqaüd Proqramı (MEXT) ilə Tədqiqat, Magistr və Doktorantura təhsil proqramları haqqında “brifinq” keçiriləcəkdir.

      MEXT Dövlət Təqaüd Proqramı Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi tərəfindən xarici tələbələr üçün təqdim olunan dövlət təqaüd proqramı olub, Yaponiyanın ən yüksək reytinqli universitetlərində tam pulsuz təhsil almaq şansı verir.

     Təqaüd proqramı üçün sənəd qəbuluna aprel ayının sonları start veriləcəkdir.  Proqram elanından dərhal xəbərdar olmaq üçün səfirliyin rəsmi internet səhifəsi və ya Facebook səhifəsini izləməyi unutmayın:

https://www.az.emb-japan.go.jp/itprtop_az/index.html

https://www.facebook.com/JapanEmb.Azerbaijan/

      Yaponiya Dövlət Təqaüd Proqramı ilə maraqlanan bütün şəxslər  “brifinqə” dəvətlidir.

    Brifinqə giriş sərbəstdir. Məkana daxil olarkən şəxsiyyət vəsiqənizi mühafizə ximətinə təqdim etməyi unutmayın.

Tarix: 22.04.2019

Saat: 14:30 – 16:00

Ünvan: Rəşid Behbudov küçəsi 134 (Azərbaycan Dillər Universiteti, 3-cü mərtəbə, Akt Zalı)

Digər xəbərlər

BMU-da “Mühəndis xəyallarını gerçəkləşdirən alət və avadanlıqlar” adlı sərgi keçirilib..
Ətraflı   24-May-2019
BMU-da futbol üzrə final oyunu keçirilib
Ətraflı   24-May-2019
BMU-da 28 May Respublika gününə həsr olunmuş “Mənim Azərbaycanım” adlı bilik və yaradıcıl..
Ətraflı   24-May-2019
BMU-nun tələbələri dahilərin əsərlərini səhnələşdiriblər
Ətraflı   24-May-2019