Sapienza Universitedi, 2019/2020-ci tədris ili üçün BMU ilə imzaladığı müqaviləyə əsasən tələbələri mübadilə proqramında iştirak etməsi üçün müsabiqəyə dəvət edir.



    Hörmətli tələbələrimiz !


    Baki Mühəndislik Universiteti Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində bir
çox Avropa və Türkiyə Universitetləri ilə əməkdaşlıq edir. Bunlardan biri də İtaliyanın
Roma şəhərində yerləşən Sapienza Universitetidir.


    Sapienza Universitedi, 2019/2020-ci tədris ili üçün BMU ilə imzaladığı
müqaviləyə əsasən tələbələri mübadilə proqramında iştirak etməsi üçün müsabiqəyə
dəvət edir. Bununla əlaqədar elanı diqqətinizə çatdırırıq.


< E L A N >

    Müsabiqədə yalnız BMU-nun iqdisatiyyat və memarlıq ixtisasında ingilis dilində
təhsil alan tələbələri iştirak edə bilərlər.


    Qeyd olunan ixtisaslarda təhsil alan tələbələr İtaliyanın Roma şəhərində yerləşən
Sapienza Universitetində bir semestrlik Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində
təhsillərini davam etdirmək istəyirlərsə, 01.06.2019-cu il tarixinə kimi Xarici əlaqələr
və layihələrin idarə olunması şöbəsinə, yəni BMU-nun İqtisadiyyat tədris binasının 4-cü
mərtəbəsində, otaq 423-də, Nərmin Ələkbərovaya müraciət edib S.A.A., e-mail
ünvanını, təhsil aldığı ixtisas və fakültəsini qeydiyyatdan keçirməlidir.


    02.06.2019-cu il tarixindən etibarən aşağıda adları qeyd olunan sənədlər
qeydiyyatdan keçmiş hər bir tələbədən online formada Sapienza Universiteti tərəfindən
toplanılacaqdır.


    Sapienza Universiteti tərəfindən 02.06.2019-cu il tarixindən etibarən
toplanılacaq sənədlərin siyahısı:


1. CV;
2. Xarici pasportun nüsxəsi (passport);
3. İki ədəd rəy məktubu (2 references);
4. Motivasiya məktubu (Motivation letter);
5. Öyrənmə müqaviləsi (Learning agreement);
6. Akademik qeydlərin transkripti (Transcription of records).


    Daha ətraflı məlumat üçün Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin
mütəxəssisi Nərmin Ələkbərova ilə əlaqə saxlanıla bilər.


    eMail: nalakbarova@beu.edu.az, Tel.: +994 12 349 99 57 (daxili: 2423).


VACİB QEYD 1: Müraciət etmiş bütün uyğun namizədlərin seçimini və qaliblərin
siyahısını Sapienza Universiteti özü təşkil edəcəkdir.


VACİB QEYD 2: Müsabiqədə yalnız BMU-nun tələbələri iştirak edə bilər.


VACİB QEYD 3: Müsabiqə haqqında elan universitetin veb-saytında və sosial mediyada
elan ediləcəkdir.

Digər xəbərlər

BMU- da 15 – İyun Milli Qurtuluş Günü qeyd olunub
Ətraflı   14-Jun-2019
Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri BMU-da olub
Ətraflı   14-Jun-2019
Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) Azərbaycan üzrə proqram koordinatoru BM..
Ətraflı   13-Jun-2019
BMU-nun müəlliminin məqaləsi Beynəlxaq reytinqli jurnalda nəşr olunub
Ətraflı   12-Jun-2019