BMU-nun müəlliminin məqaləsi Beynəlxaq reytinqli jurnalda nəşr olunub



       Bakı Mühəndislik Universiteti “Dünya iqtisadiyyatı” kafedrasının müdiri, i.ü.f.d. Şəhriyar Muxtarov tərəfindən yazılan The impact of bank credits on non-oil GDP: Evidence from Azerbaijan” adlı məqalə “Banks and Bank Systems” jurnalının 2019-cu il 2-ci sayı, 14-cü buraxılışında nəşr edilib. Sözü gedən jurnal dünyanın ən nüfuzlu məlumat bazalarından biri kimi qəbul edilən “Scopus” məlumat bazasında indekslənir.

    Məqalədə bank kreditlərinin qeyri-neft ÜDM üzərindəki təsirləri 2005-2019-cu illərə aid statistik məlumatlardan istifadə edilərək müxtəlif kointeqrasiya (FMOLS, DOLS, CCR) metodları vasitəsi ilə analiz edilib. Məqalənin nəticələrinə görə, bank kreditlərindəki artım Azərbaycanda qeyri-neft ÜDM üzərində müsbət təsirə malikdir. Tədqiqat nəticələri əsasında, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və davamlı inkişafın təmin edilməsində maliyyə inkişafının əhəmiyyətli olduğu vurğulanıb və bu istiqamətdə bir sıra təkliflər irəli sürülüb.

    Məqaləni bu link vasitəsilə oxumaq olar:

https://businessperspectives.org/journals/banks-and-bank-systems/issue-320/the-impact-of-bank-credits-on-non-oil-gdp-evidence-from-azerbaijan

Digər xəbərlər

BMU tələbələrinin yaradıcılıq sərgisi keçirilib
Ətraflı   11-Jul-2019
BMU-nun tələbələrinə təlimlər keçirilib
Ətraflı   09-Jul-2019
BMU-nun əməkdaşları Beynəlxalq təlimdə iştirak ediblər
Ətraflı   06-Jul-2019
"Yeni Fikir VI" startap müsabiqəsinin final mərhələsi keçirilib
Ətraflı   05-Jul-2019