BMU-nun Kimya mühəndisliyi kafedrası müəllim və tələbələri üçün Erasmus+KA1 müsabiqə



    Baki Mühəndislik Universiteti Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində bir çox Avropa və Türkiyə Universitetləri ilə əməkdaşlıq edir. Bunlardan biri də Türkiyənin Yıldız Texniki Universitetidir (YTU).

YTU, 2019/2020-ci tədris ili üçün BMU ilə imzaladığı müqaviləyə əsasən müəllim və tələbələrini müsabiqəyə dəvət edir.

BMU-nun Kimya mühəndisliyi kafedrasının akademik heyətinin bir semestrlik Erasmus+ KA1 mübadilə proqramında iştirakı üçün 3 yer ayrılmışdır. Bunlardan ikisi təqaüdlü və biri təqaüdsüz yerdir.

 Təqaüdün gündəlik ödənişi müəllimlər üçün: 140 AVRO

Səfər xərcinə ayrılan ödəniş üçün isə: 275 AVRO nəzərdə tutulub.

 Akademik heyətin mübadilə proqramında iştirakı üçün tələb olunan sənədlərin siyahısına aşağıdakılar daxildir:

  1. Ərizə forması (Application form)
  2. Məşğulluq attestasiyası (Employment attestation)
  3. Aldığı son təhsil dərəcəsi (Last graduation degree)

 Kimya mühəndisliyi ixtisasında təhsil alan tələbələr üçün ayrılan yerlər:

  • 3 bakalavr tələbəsi
  • 2 magistr tələbəsi
  • 1 PhD

 Təqaüd 3 tələbə üçün nəzərdə tutulub, digər 3 yer isə təqaüdsüzdür və tələbələr öz hesabına mübadilə proqramında iştirak edə bilərlər.

 Təqaüdün aylıq ödənişi: 800 AVRO

Səfər xərcinə ayrılan ödəniş üçün: 275 AVRO nəzərdə tutulub.

 Tələbələr üçün lazımi sənədlər:

  1. Ərizə forması (Application form)
  2. Qeydlərin transkripti (Transcription of records)
  3. İngilis dili sertifikatı (English language sertificate)

 Daha ətraflı məlumat üçün Xarici Əlaqələr və Layihələrin İdarə olunması şöbəsinin mütəxəssisi Nərmin Ələkbərova ilə əlaqə saxlanıla bilər. nalakbarova@beu.edu.az , tel.: +994 12 3499957 / daxili: 2423.

 VACİB QEYD 1: Müraciət etmiş bütün uyğun namizədlərin seçimini və qaliblərin siyahısını Yıldız Texniki Universitetinin özü təşkil edəcəkdir.

 VACİB QEYD 2: Müsabiqədə yalnız tam ştat müəllim və BMU-nun tələbələri iştirak edə bilər.

 VACİB QEYD 3: Müsabiqə haqqında elan universitetin veb-saytında və sosial mediyada elan ediləcəkdir.

 VACİB QEYD 4: Qeydiyyat üçün son tarix 31.05.2019

Digər xəbərlər

BMU- da 15 – İyun Milli Qurtuluş Günü qeyd olunub
Ətraflı   14-Jun-2019
Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri BMU-da olub
Ətraflı   14-Jun-2019
Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) Azərbaycan üzrə proqram koordinatoru BM..
Ətraflı   13-Jun-2019
BMU-nun müəlliminin məqaləsi Beynəlxaq reytinqli jurnalda nəşr olunub
Ətraflı   12-Jun-2019