BMU müəllimlərinin məqaləsi impakt faktorlu jurnalda



 

     Bakı Mühəndislik Universitetinin (BMU) Dünya iqtisadiyyatı kafedrasının müdiri, i.ü.f.d., dos. Şəhriyar Muxtarovun və İqtisadiyyat və idarəetmə fakültəsinin tədris işləri üzrə dekan müavini, i.ü.f.d. Elsevər İbadovun müəllifi olduğu məqalə “Journal of International Studies” jurnalında nəşr edilib. Jurnal dünyanın ən nüfuzlu məlumat bazalarından biri kimi qəbul edilən “Scopus” məlumat bazasında indekslənir və impakt faktoru 1.10-dur.

     “The Impact of Foreign Direct Investment on Exports in Jordan: An EmpiricalAnalysis” adlı məqalədə İordaniya timsalında birbaşa xarici investisiyaların ixrac üzərində təsirləri 1980-2018-ci illərə aid illik statistik məlumatlardan istifadə edilərək “ARDL” metodu vasitəsilə analiz edilib. Tədqiqat nəticələri əsasında, İordaniyada ixracın artırılması və davamlı inkişafın təmin edilməsində xarici invesitisiyaların roluna toxunulub və bu istiqamətdə bir sıra  təkliflər irəli sürülüb.

 

                 İctimaiyyətlə əlaqələr şöbəsi

 

 

Digər xəbərlər

“Logistika və nəqliyyat texnologiyaları ixtisası üzrə ən yaxşı mütəxəssis hazırl..
Ətraflı   16-Oct-2019
“UniTalks”: Dizaynda insan psixologiyası
Ətraflı   16-Oct-2019
BMU ilə Koreyanın aparıcı tədqiqat mərkəzi arasında əməkdaşlığın əsas istiqamət..
Ətraflı   15-Oct-2019
BMU müəllimlərinin məqalələri Web of Science bazasına daxil olan jurnallarda..
Ətraflı   15-Oct-2019